Bank Of Baku

Dow Jones indeksi 7,33%, Nasdaq 5,47%, S&P 500 isə 7,62% enib

Dow Jones indeksi 7,33%, Nasdaq 5,47%, S&P 500 isə 7,62% enib
# 10 oktyabr 2008 08:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 9-da Amerika bazarlarında Dow Jones indeksi 7,33% - 8547,19 bəndədək, Nasdaq 5,47% - 1645,12 bəndədək, S&P 500 isə 7,62% - 909,92 bəndədək enib. «APA-Economics»in məlumatına görə, oktyabrın 9-da «General Motors»un səhmləri 31,1%, «Ford»un – 21,8%, «Exxon Mobil»in – 11,7%, «Chevron»un – 12,5% ucuzlaşıb.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 1,21% - 4313,80 bəndədək, Fransa CAC-40-ı isə 1,55% - 3442,70 bəndədək, Almaniya DAX-ı isə 2,53% - 4887 bəndədək enib. Avropada Almaniyanın «E.ON AG» enerji konserninin səhmləri 11%, Fransanın «GDF Suez SA» enerji şirkətinin səhmləri 13%, «Royal Dutch/Shell» və «Total» neft şirkətlərinin səhmləri 3% ucuzlaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3575 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR