Bank Of Baku

Dünya bazarında neftin qiyməti 10% düşüb

Dünya bazarında neftin qiyməti 10% düşüb
# 13 oktyabr 2008 08:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 10-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 8,89 dollar və ya 10,3% enərək 1 barelə görə 77,70 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 8,57 dollar – 74,09 dollaradək enib.
Neftin qiymətinin kəskin düşməsinin əsas səbəbi dünya maliyyə böhranı ilə bağlı neftə tələbatın azalması və bunun davam edəcəyi barədə proqnozlardır. Belə ki. Beynəlxalq Enerji Agentliyi cari ildə artıq 7-ci dəfə tələbatın proqnozlarını azaldıb – proqnoz daha 240 min barel və ya 0,5% düşüb.
Bundan başqa, neftin qiymətinin aşağı düşməsi «domino» effekti yaradır və treyderlər fyuçers kontraktlarını satmağa üstünlük verir ki, bu da qiymətin daha da azamasına təsir göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR