Bank Of Baku

Dow Jones indeksi 11,08%, S&P 500 11,81%, Nasdaq isə 11,58% qalxıb

Dow Jones indeksi 11,08%, S&P 500 11,81%, Nasdaq isə 11,58% qalxıb
# 14 oktyabr 2008 08:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 13-də Amerika bazarlarında Dow Jones indeksi 11,08% - 9387,61 bəndədək, S&P 500 11,81% - 1844,25 bəndədək, Nasdaq isə 11,58% - 1003,35 bəndədək qalxıb.
«APA-Economics»in məlumatına görə, fond indekslərinin yüksəlməsinin əsas səbəbi aparıcı Avropa ölkələrinin hökumətləri tərəfindən maliyyə böhrana qarşı qəti tədbirlərin görülməsinə dair bəyanatıdır. Xatırladaq ki, Avropa İttifagı ölkələrinin rəhbərləri ümumilikdə 1,5 trln. avro məbləğində maliyyə sistemləri daxilində kreditlər üzrə zəmanətlərin verilməsini öhdələyinə götürüb. Bundan əlavə, ABŞ rəhbərliyi tərəfindən Amerika banklarının səhmlərinin alınması üçün 250 mlrd. dollar sərf olunması barədə məlumat yayılıb. Nəticədə maliyyə sektoru qurumlarının səhmləri bahalaşıb. Belə ki, «Goldman Sachs»ın səhmləri 25%, «Bank of Amerika»nın 9,2%, «Citigroup»un 11,6%, «Morgan Stanley»nin səhmləri isə 86,9% yüksəlib. Həmçinin, «Exxon Mobil»in səhmləri 17%, «Chevron»un 21%, «General Motors»un 29,4%, «Ford»un səhmləri isə 22,4% bahalaşıb.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 8,26% - 4256,90 bəndədək, Fransa CAC-40-ı isə 11,18% - 3531,50 bəndədək, Almaniya DAX-ı isə 11,40% - 5062,45 bəndədək qalxıb. Kotirovkaların artması əsasən bank sektoru ilə bağlı olub. Belə ki, İsveçrə «Credit Suisse»in səhmləri 28%, Hollandiya «İNG Group»un 20%, Almaniya «Deutsche Bank»ının 12%, İspaniya «Banco Santander»in səhmləri isə 12% yüksəlib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3639 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR