Dünya bazarında neft daha 3% ucuzlaşıb

Dünya bazarında neft daha 3% ucuzlaşıb
# 15 oktyabr 2008 09:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 14-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 2,56 dollar və ya 3,15% enərək 1 barelə görə 78,63 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,93 dollar – 74,53 dollaradək enib.
Neftin qiymətinin azalmasına əsasən ABŞ-ın fond indekslərinin düşməsi təsir göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR