Dow Jones indeksi 0,8%, S&P 500 0,5%, Nasdaq isə 3,5% enib

Dow Jones indeksi 0,8%, S&P 500 0,5%, Nasdaq isə 3,5% enib
# 15 oktyabr 2008 09:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 14-də Amerika bazarlarında Dow Jones indeksi 0,82% - 9310,99 bəndədək, S&P 500 0,53% - 998,01 bəndədək, Nasdaq isə 3,54% - 1779,01 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, oktyabrın 14-də «PepsiCo İnc.»in səhmləri 11,9%, «İntel»in 6,2%, «Microsoft»un səhmləri 5,4% ucuzlaşıb. Eyni zamanda, investrorlar ABŞ Maliyyə Nazirliyinin maliyyə-bank sisteminin müdafiəsi üçün elan etdiyi addımları müsbət qarşılayıblar. Bu, fonda «Morgan Stanley»in səhmlərinin 21%, «Citigroup»un 18%, «Merrill Lynch»in 21%, «Bank of Amerika»nın səhmlərini 16,4% bahalaşdırıb.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 3,23% - 4394,21 bəndədək, Fransa CAC-40-ı 2,75% - 3628,52 bəndədək, Almaniya DAX-ı isə 2,70% - 5199,19 bəndədək qalxıb. Kotirovkaların artması əsasən bank təşkilatlarının səhmlərinə aid olub. O cümlədən, Fransa «Societe Generale»nin səhmləri 8,2%, Britaniya «Barclays» bankının 14%, Almaniya «Deutsche Bank»ının 11%, İsveçrə «UBS AG»nin səhmləri 12% yüksəlib. Bununla yanaşı, hasilat sahəsi şirkətlərinin səhmləri bahalaşıb. Belə ki, «Total»in səhmləri 7,3%, BP-nin 6,8%, «Shell»in səhmləri üzrə artım müşahidə olunub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3572 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR