Dow Jones indeksi 7,9%, S&P 500 9%, Nasdaq isə 8,5% enib

Dow Jones indeksi 7,9%, S&P 500 9%, Nasdaq isə 8,5% enib
# 16 oktyabr 2008 08:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 15-də Amerika bazarlarında Dow Jones indeksi 7,87% - 8577,91 bəndədək, S&P 500 9,04% - 907,84 bəndədək, Nasdaq isə 8,47% - 1628,33 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, oktyabrın 15-də indekslərin kəskin düşməsinə ABŞ-dakı neqativ makroiqtisadi statistika təsir edib. Belə ki, ABŞ-ın Ticarət Nazirliyi ölkədə pərakəndə satışın sentyabr ayında 1,2%, yəni proqnozdan 0,5 faiz bəndi çox, enməsi barədə məlumat yayıb. Bundan əlavə, istehsal qiymətlərinin baza indeksi 4%-ə çatıb, bu da 1991-ci ildən ən yüksək göstəricidir.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 7,16% - 4079,59 bəndədək, Fransa CAC-40-ı 6,82% - 3381,07 bəndədək, Almaniya DAX-ı isə 6,49% - 4861,63 bəndədək enib. Kotirovkaların azalması əsasən hasilat sənaye şirkətlərinin səhmlərinin ucuzlaşması nəticəsində baş verib, onun da öz növbəsində əsas səbəbi dünyada neft və metallara olan tələbatın böhran nəticəsində azalması üzrə proqnozları olub. Belə ki, dünyanın ən iri mədənçıxarma şirkəti olan «BHP Billiton»un səhmləri 15%, digər iri mədənçıxarma şirkəti olan «Rio Tinto Group»un səhmləri 17%, «Anglo American»ın səhmləri 20% enib. Eyni zamanda, neft hasilatı ilə məşğul olan şirkətlərin səhmləri də ucuzlaşıb. Belə ki, «Total»in səhmləri 6,9%, BP-nin səhmləri 7,3% dəyərdən düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR