Bakı Fond Birjasında 10305820S seriyalı 525,2 min manatlıq əlavə DQİ emissiyası yerləşdirilib

Bakı Fond Birjasında 10305820S seriyalı 525,2 min manatlıq əlavə DQİ emissiyası yerləşdirilib
# 16 oktyabr 2008 08:16 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 10305820S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 525,2 min manat təşkil edib. Sifarişlər 94,89% (gəlirlik 11,49%) qiymətlə təqdim edilib. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətlər qiyməti emitent tərəfindən 94,89% (gəlirlik 11,49%) müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 525,2 min manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ emissiyası üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin aprelin 3-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR