Dow Jones indeksi 4,7%, S&P 500 4,25%, Nasdaq isə 5,5% qalxıb

Dow Jones indeksi 4,7%, S&P 500 4,25%, Nasdaq isə 5,5% qalxıb
# 17 oktyabr 2008 08:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 16-da Amerika bazarlarında Dow Jones indeksi 4,68% - 8979,26 bəndədək, S&P 500 4,25% - 946,43 bəndədək, Nasdaq isə 5,49% - 1717,71 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, oktyabrın 16-da indekslərin qalxması ticarət sessiyasının son iki saat ərzində neftin 14 aylıq minimuma enməsi fonunda kəskin artımı nəticəsində baş verib.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 5,35% - 3861,39 bəndədək, Fransa CAC-40-ı 5,92% - 3181 bəndədək, Almaniya DAX-ı isə 4,91% - 4622,81 bəndədək enib.
Kotirovkaların azalması ikinci gündür ki, hasilat şirkətlərinin səhmlərinin ucuzlaşması nəticəsində baş verib. Bunun da öz növbəsində əsas səbəbi dünyada neft və metallara olan tələbatın böhran nəticəsində azalması üzrə proqnozları və ABŞ-da sənaye istehsalının azalması olub. Belə ki, dünyanın iri mədənçıxarma şirkəti olan «Rio Tinto Group»un səhmləri 13%, «Vedanta Resources»in səhmləri 15% enib. Eyni zamanda, neft hasilatı sahəsinin şirkətlərinin səhmləri ucuzlaşıb. Belə ki, «Total»in səhmləri 9,2%, «Royal Dutch Shell»in səhmləri isə 7,2% enib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3481 dollar təşkil edib (+0,03%).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR