Azərbaycan Maliyyə Nazirliyinin DQİ üzrə daha bir hərracı baş tutmayıb

Azərbaycan Maliyyə Nazirliyinin DQİ üzrə daha bir hərracı baş tutmayıb
# 17 oktyabr 2008 11:18 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Dünən Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10305820S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə «APA-Economics»ə BFB-dan məlumat verilib.
Hərracda sifariş 1 investor tərəfindən təqdim olunub. Sifarişin nominal üzrə məbləği 105 min manat təşkil edib. Sifariş 95,36% (gəlirlik 10,51%) qiyməti ilə təqdim olunub. Lakin sifarişin şərtləri emitenti qane etmədiyinə görə, hərrac baş tutmamış elan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR