Dünya bazarında neftin qiyməti 3% yüksəlib

Dünya bazarında neftin qiyməti 3% yüksəlib
# 20 oktyabr 2008 07:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 17-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 2,0 dollar və ya 2,86% qalxaraq 1 barelə görə 71,85 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,76 dollar – 69,60 dollaradək artıb.
Neftin qiymətinin yüksəlməsinə əsas səbəb OPEC tərəfindən noyabrda neft hasilatının azalması barədə məlumatları olub. OPEC neft bazarlarında yaranan qeyri-sabitliyə görə öz fövqəladə iclasını noyabrın 18-dən oktyabrın 24-nə keçirib, bunu da bazar iştirakçıları OPEC tərəfindən neftin qiymətinin aşağı düşməsinə qarşı müvafiq addımların atılması niyyətinin ciddi olması kimi qiymətləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR