Dow Jones indeksi 1,4%, S&P 500 0,6%, Nasdaq isə 0,4% enib

Dow Jones indeksi 1,4%, S&P 500 0,6%, Nasdaq isə 0,4% enib
# 20 oktyabr 2008 08:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 17-də Amerika bazarlarında Dow Jones indeksi 1,42% - 8852,22 bəndədək, S&P 500 0,62% - 940,55 bəndədək, Nasdaq isə 0,37% - 1711,29 bəndədək enib. «APA-Economics»in məlumatına görə, oktyabrın 17-də Amerika fond bazarlarında qeyri-sabitlik və səhmlərin qiymətlərinin qalxıb-enməsi müşahidə olunub.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 5,22% - 4063,01 bəndədək, Fransa CAC-40-ı 4,68% - 3329,92 bəndədək, Almaniya DAX-ı isə 3,43% - 4781,33 bəndədək yüksəlib. Kotirovkaların artmasına əsas səbəb Avropa ölkələrinin rəhbərliklərinin maliyyə sektoruna dəstək olaraq müvafiq proqramlarının qəbul edilməsi olub. Belə ki, Fransa hökuməti milli maliyyə sektorunun müdafiəsi üçün 360 mlrd. avro, Almaniya parlamenti – 480 mlrd. avro məbləğində vəsaitin ayrılmasına dair barədə qərarlar qəbul edib. Nəticədə, fond bazarında artım müşahidə olunub. Belə ki, «Deutsche Bank»ın səhmləri 4,28%, «Barclays»ın 3,5%, HSBC-nin 3,2%, «Total»in 8%, BP-nin 8,62%, «Royal Dutch Shell»in 8,35%, ENİ şirkətinin səhmləri isə 14,5% bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR