Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 21,096 mln. dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 21,096 mln. dollarlıq əqd bağlanıb
# 20 oktyabr 2008 14:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8081 AZN/$1 təşkil edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8086 AZN/$1, USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 5 009 567 AZN təşkil edib. Sessiyanın yekunlarına görə manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 12 053 017 AZN, manatın orta məzənnəsi isə 0,8081 AZN/$1 təşkil edib.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 21,096 mln. dollar və ya 17 062 584 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 1,758 mln. dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.
EUR/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 4 138 960 AZN, manatın orta məzənnəsi 1,0922 AZN/EUR təşkil edib. Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 16,14%, ABŞ dolları üzrə isə illik 17,00% təşkil edib. Gün ərzində banklar arasında həcmləri 3 mln. AZN və 1,5 mln. EUR, müddətləri 90 gün, faiz dərəcələri 17,00% və 16,00% təşkil edən əqdlər qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR