Bank Of Baku

Dünya bazarında neft daha 3% bahalaşıb

Dünya bazarında neft daha 3% bahalaşıb
# 21 oktyabr 2008 08:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 20-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 2,4 dollar və ya 3,34% qalxaraq 1 barelə görə 74,25 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,43 dollar – 72,03 dollaradək artıb.
Neft bazarına əsasən OPEC-in neft hasilatının azaldılacağına dair bəyanatları təsir edib.
Qeyd edək ki, OPEC-in oktyabrın 24-də keçiriləcək fövqəladə iclasında gündəlik neft hasilatın iki mərhələyə 2 mln. barel azaldılması barədə qərarın qəbul ediləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR