Bank Of Baku

Dow Jones indeksi 4,65%, S&P 500 4,77%, Nasdaq isə 3,43% yüksəlib

Dow Jones indeksi 4,65%, S&P 500 4,77%, Nasdaq isə 3,43% yüksəlib
# 21 oktyabr 2008 08:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 20-də Amerika bazarlarında Dow Jones indeksi 4,65% - 9265,43 bəndədək, S&P 500 4,77% - 985,40 bəndədək, Nasdaq isə 3,43% - 1770,03 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, oktyabrın 20-də Amerika fond bazarlarında artımın əsas səbəbi ABŞ-ın Federal Ehtiyat Sisteminin böhranın uzunmüddətli mənfi təsirinin aradan qaldırılması üçün dövlət tərəfindən əlavə vəsaitin ayrılması zərurəti barədə bəyanatı və dünya bazarlarında neftin qiymətinin artması olub. Nəticədə, maliyyə və enerji sektorunun şirkətlərin səhmləri bahalaşıb. Belə ki, «Merrill Lynch» bankının səhmləri 6,45%, «Citigroup»un 1,4%, «Goldman Sachs»ın 6,3%, «ExxonMobil»in 10,2%, «Chevron»un 11,6%, «NRG Energy İnc.»in 29,3%, dünyada ikinci yeri tutan «Halliburton»un səhmləri isə 13,9% yüksəlib.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 5,41% - 4282,67 bəndədək, Fransa CAC-40-ı 3,56% - 3448,51 bəndədək, Almaniya DAX-ı isə 1,12% - 4835,01 bəndədək artıb. Kotirovkaların artması əsasən maliyyə və enerji sektorunda müşahidə olunub. Belə ki, «Deutsche Bank»ın səhmləri 1,1%, «Barclays»ın 7,1%, HSBC-nin 5,4%, «Total»in 7,1%, BP-nin 10,42%, «Royal Dutch Shell»in səhmləri isə 10,56% bahalaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3332 dollar təşkil edib (-0,01%).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR