Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 33,9 mln. dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 33,9 mln. dollarlıq əqd bağlanıb
# 21 oktyabr 2008 14:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8089 AZN/$1 təşkil edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8081 AZN/$1, USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 11 999 544 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən 0,0008 bənd düşüb və 0,8089 AZN/$1-ə çatıb.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 15 394 076 AZN, manatın orta məzənnəsi isə 0,8089 AZN/$1 təşkil edib.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 33,862 mln. dollar və ya 27 393 619 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 2 821 833 dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.
EUR/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 540 679 AZN, manatın orta məzənnəsi isə 1,0795 AZN/EUR təşkil edib. Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,93%, ABŞ dolları üzrə isə illik 16,64% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR