Bank Of Baku

Dünya bazarında neft 4,5% ucuzlaşıb

Dünya bazarında neft 4,5% ucuzlaşıb
# 22 oktyabr 2008 07:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 21-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 3,36 dollar və ya 4,53% enərək 1 barelə görə 70,89 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,97 dollar – 69,06 dollaradək qalxıb.
Neft bazarında müşahidə olunan qeyri-müəyyənlik oktyabrın 24-də keçiriləcək OPEC-in fövqəladə iclasında qəbul ediləcək qərarlarla bağlı bazar iştirakçıları tərəfindən əminliyin olmaması ilə əlaqəlidir. Bazarda qiymətlərin sonradan artıb-azalması da məhz bu qərarlardan asılı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR