Bank Of Baku

Dow Jones indeksi 2,5%, S&P 500 3,08%, Nasdaq isə 4,14% enib

Dow Jones indeksi 2,5%, S&P 500 3,08%, Nasdaq isə 4,14% enib
# 22 oktyabr 2008 07:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 21-də Amerika bazarlarında Dow Jones indeksi 2,5% - 9033,66 bəndədək, S&P 500 3,08% - 946,43 bəndədək, Nasdaq isə 4,14% - 1696,68 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, oktyabrın 21-də Amerika fond bazarlarında kotirovkaların düşməsinin əsas səbəbi bir sıra ABŞ şirkətinin rüblük hesabatlarındakı azalma olub. Bu da əsasən mədən çıxarma, kimya, tikinti avadanlığları istehsalı və digər bu kimi sahələrdə fəaliyyət göstərən şirkətlərdə müşahidə olunub.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 1,24% - 4229,73 bəndədək enib, Fransa CAC-40-ı 0,78% - 3475,40 bəndədək yüksəlib, Almaniya DAX-ı isə 1,05% - 4784,41 bəndədək enib. Avropada da kotirovkaların dinamikası şirkətlərin rüblük hüsabatlarından asılı olub ki, bu da bazarda indekslərin eyni istiqamətdə dəyişməməsinə səbəb olub. Məsələn, Fransa maliyyə qurumlarının səhmləri, o cümlədən «Societe Generale» (10%), «BNP Paribas» (7,5%) bahalaşıb, digər ölkələrin şirkətlərinin səhmləri isə əsasən ucuzlaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3027 dollar təşkil edib (-2,29%).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR