Bank Of Baku

Dünya bazarında neft daha 7,5% ucuzlaşıb

Dünya bazarında neft daha 7,5% ucuzlaşıb
# 23 oktyabr 2008 08:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 22-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 5,43 dollar və ya 7,52% enərək 1 barelə görə 66,75 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 5,20 dollar – 64,52 dollaradək qalxıb.
Neftin qiymətinin azalmasının əsas səbəbi ABŞ-da neft və neft məhsulları ehtiyatlarının artması ilə bağlı olub. ABŞ-ın Energetika Nazirliyinin məlumatına görə, ötən həftə neft ehtiyatları 3,2 mln. barel artaraq 311,4 mln. barelə, benzin ehtiyatları isə 2,7 mln. barel artaraq 196,5 mln. barelə çatıb. Bundan əlavə, neft bazarına dolların məzənnəsinin dünyanın əsas valyutalarına qarşı kəskin möhkəmlənməsi də təsir edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR