Bank Of Baku

Dünya bazarında neft 1,6% bahalaşıb

Dünya bazarında neft 1,6% bahalaşıb
# 24 oktyabr 2008 10:10 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Oktyabrın 23-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 1,6% bahalaşaraq 1 barelə görə 67,84 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,40 dollar – 65,92 dollaradək qalxıb.
Bu gün səhər isə WTI markalı neftin dəyəri 20 sent – 67,74 dollaradək, Brent markalı neftin qiyməti 24 sent – 65,68 dollaradək düşüb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının neft sənayesinin naziri Əli əl-Nəimi hasilat həcmlərinin azalmasına dair qərarın qəbuluna qarşı çıxacağını bəyan edib. Onun sözlərinə görə, karbohidrogenlərin yüksək qiyməti bütün dünya üzrə iqtisadi tənəzzülə gətirib çıxara bilər. Bununla belə, analitiklərin fikrincə, neft hasilatının sutkada 1-1,5 mln. barel azalmasına dair qərar OPEC tərəfindən qəbul olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR