Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 1,3 mln. dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 1,3 mln. dollarlıq əqd bağlanıb
# 05 noyabr 2008 14:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8077 AZN/$1 təşkil edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8092 AZN/$1, USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 1 050 040 AZN, manatın orta məzənnəsi isə 0,8077 AZN/$1 təşkil edib.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 1,3 mln. dollar və ya 1 050 040 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 650 min dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.
Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 16,44%, ABŞ dolları üzrə isə illik 16,81% təşkil edib. Gün ərzində banklar arasında həcmi 1 mln. manat, müddəti 14 gün, faiz dərəcəsi illik 15,00% olan 1 əqd qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR