Bank Of Baku

Dünya bazarında neft 7,4% ucuzlaşıb

Dünya bazarında neft 7,4% ucuzlaşıb
# 06 noyabr 2008 07:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 5-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 5,23 dollar və ya 7,42% azalaraq 1 barelə görə 65,30 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 4,57 dollar – 61,87 dollaradək enib.
Neftin ucuzlaşmasının əsas səbəbi ABŞ-da neft ehtiyatlarının ötən həftə ərzində dəyişilməz - 311,9 mln. barel həcmində qalması barədə Energetika Nazirliyinin hesabatı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR