Bank Of Baku

Dow Jones indeksi 5,05%, S&P 500 5,27%, Nasdaq isə 5,53% enib

Dow Jones indeksi 5,05%, S&P 500 5,27%, Nasdaq isə 5,53% enib
# 06 noyabr 2008 08:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 5-də Amerika bazarlarında Dow Jones indeksi 5,05% - 9139,27 bəndədək, S&P 500 5,27% - 952,77 bəndədək, Nasdaq isə 5,53% - 1681,64 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, noyabrın 5-də ABŞ-ın fond bazarlarında kotirovkaların enməsinə ABŞ-dakı makroiqtisadi göstəricilər mənfi təsir göstərib. Belə ki, ABŞ-ın özəl sektorunda oktyabr ayında iş yerlərinin sayı 157 min azalıb, halbuki azalma 100 min səviyyəsində gözlənilirdi. Eyni zamanda, qeyri-istehsal sektorunda fəallıq indeksi ay ərzində 50,2 bənddən 44,4 bəndə qədər enib.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 2,34% - 4530,73 bəndədək, Fransa CAC-40-ı 1,98% - 3618,11 bəndədək, Almaniya DAX-ı isə 2,11% - 5166,87 bəndədək düşüb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2870 dollar təşkil edib (+0,18%).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR