Bank Of Baku

ABŞ və Avropanın fond bazarlarında indekslərin düşməsi müşahidə olunur

ABŞ və Avropanın fond bazarlarında indekslərin düşməsi müşahidə olunur
# 07 noyabr 2008 08:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 6-da Amerika bazarlarında Dow Jones indeksi 4,85% - 8695,79 bəndədək, S&P 500 5,03% - 904,88 bəndədək, Nasdaq isə 4,34% - 1608,70 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, noyabrın 6-da ABŞ-ın fond bazarlarında kotirovkaların enməsinə həm ABŞ-da makroiqtisadi göstəricilər, həm də korporativ xəbərlər mənfi təsir edib. Nəticədə, «Blackstone Group» investisiya bankın səhmləri 12%, «Wells Fargo»un səhmləri 9,2%, «Chevron»un səhmləri 6,4% ucuzlaşıb.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 5,70% - 4272,41 bəndədək, Fransa CAC-40-ı 6,38% - 3387,25 bəndədək, Almaniya DAX-ı isə 6,84% - 4813,57 bəndədək enib. Britaniya «HBOS»in səhmləri 9%, «Royal Bank of Scotland»ın 7,4%, «Barclays»ın 6,2%, HSBC-nin 4,1%, Almaniya «Deutsche Bank»ının 11,2%, «Commerzbank»ın səhmləri 10,6% ucuzlaşıb. Avropa bazarlarında kotirovkalar əsasən neqativ korporativ xəbərlər fonunda enib. Lakin makroiqtisadi amillər də öz təsirini göstərib. Belə ki, noyabrın 6-da İngiltərə Bankının uçot dərəcəsini 1,5 faiz bəndi azaldaraq 3%-ə, Avropa Mərkəzi Bankının isə 0,5 faiz bəndi azaldaraq 3,25%-ə salması investorlar üçün həyəcan siqnalı olub. Yəni, dərəcələrin azaldılması, xüsusən də İngiltərədə gözlənilmədən əhəmiyyətli dərəcədə endirilməsi investorlar tərəfindən vəziyyətin göründüyündən daha təhlükəli olması kimi qarşılanıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2676 dollar təşkil edib (-1,51%).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR