Bank Of Baku

Ötən həftə dünya bazarında neft 10% ucuzlaşıb

Ötən həftə dünya bazarında neft 10% ucuzlaşıb
# 10 noyabr 2008 08:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 7-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,27 dollar və ya 0,44% artaraq 1 barelə görə 61,04 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,08 dollar – 57,35 dollaradək enib.
Ümumilikdə, ötən həftə ərzində neftin qiyməti 10% düşüb, bu da əsasən ABŞ və Avropada istehlakın azalması ilə bağlı proqnozlarla əlaqələndirilir. İstehsaldan başqa işsizlik və əhalinin ümumi maliyyə vəziyyətinin pisləşməsi nəticəsində neft məhsulları, xüsusən benzin və dizelə də tələbatın azalacağı gözlənilir. Əlavə olaraq, avtomobil bazarlarında satışın kəskin azalması da neft məhsullarına tələbatı azalda bilər. Bu səbəbdən də ümumi neft tələbatının azalması ilə yanaşı qiymətin aşağı düşməsi müşahidə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR