Bank Of Baku

Dow Jones indeksi 2,93%, S&P 500 2,87%, Nasdaq isə 2,41% yüksəlib

Dow Jones indeksi 2,93%, S&P 500 2,87%, Nasdaq isə 2,41% yüksəlib
# 10 noyabr 2008 08:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 7-də Amerika bazarlarında Dow Jones indeksi 2,93% - 8950,26 bəndədək, S&P 500 2,87% - 930,88 bəndədək, Nasdaq isə 2,41% - 1647,40 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, noyabrın 7-də ABŞ-ın fond bazarlarında kotirovkaların yüksəlməsi ikigünlük kəskin enməsindən sonra baş verib. Kotirovkaların yüksəlməsinə bir sıra şirkətlərin mənfi hesabatlarının açıqlanması, həmçinin oktyabr ayında ABŞ-da işsizliyin 14 illik maksimuma çatması kimi amillər də mane olma bilməyib. Bu tendensiya investorların ABŞ-da yeni prezidentinin seçilməsi ilə bağlı müxtəlif pozitiv ümidləri ilə əlaqələndirilir.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 2,17% - 4364,96 bəndədək, Fransa CAC-40-ı 2,42% - 3469,12 bəndədək, Almaniya DAX-ı isə 2,59% - 4938,46 bəndədək yüksəlib. Bunun əsas səbəbi korporativ xəbərlər olub - Avropanın bir sıra şirkəti hesabatlarında gözləniləndən daha pozitiv göstəricilər açıqlayıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2889 dollar təşkil edib (+1,68%).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR