Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 240 min dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 240 min dollarlıq əqd bağlanıb
# 10 noyabr 2008 14:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8077 AZN/$1 təşkil edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8077 AZN/$1, USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 193 824 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb, manatın orta məzənnəsi isə dollara nisbətən dəyişməz qalıb.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 240 min dollar və ya 193 824 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 1 240 min dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.
Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 16,06%, ABŞ dolları üzrə isə illik 16,94% təşkil edib. Gün ərzində banklar arasında həcmi 600 min dollar, müddəti 14 gün, faiz dərəcəsi isə illik 14,00% olan 1 əqd qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR