Bank Of Baku

Dünya bazarında neft 62 dollaradək bahalaşıb

Dünya bazarında neft 62 dollaradək bahalaşıb
# 11 noyabr 2008 10:08 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Noyabrın 10-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 1,37 dollar artaraq 1 barelə görə 62,41 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, hərracın gedişində neftin qiyməti 2007-ci ilin mart ayından ən aşağı səviyyəyə - 59,10 dollar/barelə enib. Lakin nüvə proqramından imtina etmək istəməyən İranda və ümumiyyətlə Yaxın Şərqdə siyasi gərginliyin artması barədə məlumatların fonunda neftin qiyməti hərracın sonunda yenidən qalxıb.
ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,73 dollar – 59,08 dollaradək artıb.
Qeyd edək ki, «Goldman Sachs» investisiya bankının proqnozlarına görə, 2009-cu il ərzində neftin qiyməti tədricən 107 dollar/barelədək yüksələcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR