Bank Of Baku

Dow Jones indeksi 0,8%, S&P 500 1,3%, Nasdaq isə 1,9% enib

Dow Jones indeksi 0,8%, S&P 500 1,3%, Nasdaq isə 1,9% enib
# 11 noyabr 2008 10:10 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Noyabrın 10-da Amerika bazarlarında Dow Jones indeksi 0,8% - 8870,54 bəndədək, S&P 500 1,3% - 919,21 bəndədək, Nasdaq isə 1,9% - 1616,74 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, hərracın gedişində «General Motors» avtomobil konserninin səhmləri 22,9% ucuzlaşıb, «American International Group» sığorta şirkətinin qiymətli kağızları isə 8,1% bahalaşıb.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 0,89% - 4403,92 bəndədək, Fransa CAC-40-ı 1,06% - 3505,75 bəndədək, Almaniya DAX-ı isə 1,76% - 5025,53 bəndədək yüksəlib. Nəticədə, «BHP Billiton» hasilat şirkətinin səhmləri 10,6%, «Rio Tinto Group»un 8,6%, «Kazakhmys Plc.»nin 4,6%, BP-nin 0,9%, «Royal Dutch/Shell»ın 1,1%, «Total»ın 3% artıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2684 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR