Bank Of Baku

Dow Jones indeksi 2%, S&P 500 2,2%, Nasdaq isə 2,2% enib

Dow Jones indeksi 2%, S&P 500 2,2%, Nasdaq isə 2,2% enib
# 12 noyabr 2008 07:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 11-də Amerika bazarlarında Dow Jones indeksi 2% - 8693,96 bəndədək, S&P 500 2,2% - 898,96 bəndədək, Nasdaq isə 2,2% - 1580,90 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, Amerikanın fond bazarında hadisələrə təsir edən əsas amillər Çinin dünya böhranına «qoşulması» barədə ilkin əlamətlərin meydana çıxması və ABŞ-da istehlak sektoru üzrə göstəricilərin enməsi barədə hesabatların açıqlanması olub. Belə ki, Çin hökuməti ölkə iqtisadiyyatına yardım göstərmək üçün 586 mlrd. dollar həcmində vəsait ayıracağını bəyan edib. Digər tərəfdən ABŞ-ın mikroiqtisadiyyatının, yəni şirkətlərin böhran mərhələsinə daxil olması prosesi davam edir və bu, kotirovkalara mənfi təsir edib.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 3,57% - 4246,69 bəndədək, Fransa CAC-40-ı 4,83% - 3336,41 bəndədək, Almaniya DAX-ı isə 5,25% - 4761,58 bəndədək enib. Avropa kotirovkalarının enməsinə qitənin makroiqtisadi hesabatlarının mənfi olması, bir sıra şirkətlərin istehsalat üzrə pessimist proqnozları və neftin ucuzlaşması nəticəsində neft sektoruna aid şirkətlərin səhmlərinin ucuzlaşması təsir göstərib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2577 dollar (-0,84%) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR