Bank Of Baku

Bakı Fond Birjasında DQİ emissiyasının yerləşdirilməsi üzrə keçirilən daha bir hərrac baş tutmayıb

Bakı Fond Birjasında DQİ emissiyasının yerləşdirilməsi üzrə keçirilən daha bir hərrac baş tutmayıb
# 12 noyabr 2008 09:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10206220S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 5 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 13 426,8 min manat təşkil edib. Sifarişlər 97,68% (gəlirlik 9,53%) - 97,82% (gəlirlik 8,94%) qiymət intervalında təqdim olunub. Lakin təqdim olunmuş sifarişlərin şərtləri emitenti qane etmədiyinə görə, hərrac baş tutmamış elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR