Bank Of Baku

Dow Jones indeksi 4,7%, S&P 500 5,2%, Nasdaq isə 5,2% enib

Dow Jones indeksi 4,7%, S&P 500 5,2%, Nasdaq isə 5,2% enib
# 13 noyabr 2008 07:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 12-də Amerika bazarlarında Dow Jones indeksi 4,73% - 8282,66 bəndədək, S&P 500 5,19% - 852,30 bəndədək, Nasdaq isə 5,17% - 1499,21 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, Amerikanın fond bazarına ABŞ-ın maliyyə naziri Henri Polsonun noyabrın 12-də səsləndirdiyi bəyanat mənfi təsir göstərib. Bəyanatda bildirilir ki, Maliyyə Nazirliyi 700 mlrd. dollar məbləğində olan planı çərçivəsində əvvəllər elan edilən problemli ipoteka aktivlərinin geri alınmasından imtina edərək, maliyyə institutlarına qoyuluşlara üstünlük verəcək. Bundan əlavə, ABŞ-da mənfi korporativ xəbərlər və hesabatlar bir-birinin ardınca bazar üçün açıqlanaraq, kotirovkaları daha aşağı salır.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 1,52% - 4182,02 bəndədək, Fransa CAC-40-ı 3,07% - 3233,96 bəndədək, Almaniya DAX-ı isə 2,96% - 4620,80 bəndədək enib. Avropada kotirovkalarının enməsi əsasən bank və neft-qaz sektorlarında baş verib. Belə ki, İsveçrə «Credit Suisse» bankının səhmləri 8,8%, Almaniya «Deutsche Bank»ının səhmləri 8%, «Commerzbank»ın səhmləri 7,7%, İngiltərə «Barclays» bankının səhmləri 6%, «Royal Bank of Scotland Group»un səhmləri 2,6%, İtaliya «UniCredit» bankının səhmləri isə 11% ucuzlaşıb. Bundan əlavə, BP-nin səhmlərinin ucuzlaşması 4,6%, «Royal Dutch Shell»in 1,5%, «Total»in 2,6%, «StatoilHydro»nun isə 11% təşkil edib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2476 dollar (-0,8%) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR