Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 14,860 mln. dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 14,860 mln. dollarlıq əqd bağlanıb
# 13 noyabr 2008 15:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8100 AZN/$1 təşkil edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8095 AZN/$1, USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 7 379 144 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8100 AZN/$1 təşkil edib.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 4 658 925 AZN, manatın orta məzənnəsi isə 0,8099 AZN/$1 təşkil edib.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 14,860 mln. dollar və ya 12 038 069 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 3 715 000 dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.
Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 16,08%, ABŞ dolları üzrə isə illik 16,92% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR