Bank Of Baku

Dow Jones indeksi 6,67%, S&P 500 6,92%, Nasdaq isə 6,5% yüksəlib

Dow Jones indeksi 6,67%, S&P 500 6,92%, Nasdaq isə 6,5% yüksəlib
# 14 noyabr 2008 07:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 13-də Amerika bazarlarında Dow Jones indeksi 6,67% - 8835,25 bəndədək, S&P 500 6,92% - 911,29 bəndədək, Nasdaq isə 6,5% - 1596,70 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, ABŞ-ın bir sıra şirkətin gözləniləndən daha pozitiv hesabatlar açıqlaması fond bazarına müsbət təsir göstərib.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 0,31% - 4169,21 bəndədək enib, Fransa CAC-40-ı 1,10% - 3269,46 bəndədək, Almaniya DAX-ı isə 0,62% - 4649,52 bəndədək yüksəlib. Avropa bazarlarında investorlar tərəfindən maliyyə qurumlarının səhmlərini kütləvi satışı tendensiyası davam edir. Nəticədə, maliyyə qurumlarının səhmləri ucuzlaşır. Məsələn, İngiltərənin «Barclays» bankının səhmləri 6,2%, İsveçrə UBS bankının - 4,9% ucuzlaşıb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2009-cu il üçün ABŞ və Avrozona iqtisadiyyatlarının müvafiq olaraq 0,9% və 0,5% azalacağı barədə proqnozları da bazara öz təsirini göstərib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2748 dollar (+2,18%) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR