Bank Of Baku

Ötən həftə dünya bazarında neft təxminən 7% ucuzlaşıb

Ötən həftə dünya bazarında neft təxminən 7% ucuzlaşıb
# 17 noyabr 2008 09:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 14-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 1,20 dollar və ya 2,1% azalaraq 1 barelə görə 57,04 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,00 dollar – 53,89 dollaradək enib.
Beləliklə, neftin ucuzlaşması davam etməkdədir. Ötən həftə ərzində neftin qiyməti 6,6% enib. Bunun əsas səbəbi aparıcı ölkələrin iqtisadiyyatlarının zəifləməsi barədə xəbərlərlə bağlı olub. Məsələn, ABŞ-da pərakəndə əmtəə dövriyyəsi oktyabrda 2,8% azalıb və istehlak səbəti 60 illik minimuma enib. Bu da iqtisadiyyatın, istehlak bazarının və nəticə olaraq istehsalın kəskin böhran yaşamasını əks etdirir. Bundan əlavə, Avropanın əksər ölkələri artıq iqtisadiyyatın azalmasını etiraf edir. Avrozonada üçüncü rübdə ÜDM-nin artımı deyil, 0,2% səviyyəsində azalma müşahidə olunub. Bu hadisələr fonunda OPEC tərəfindən noyabrın 1-dən neft hasilatının azaldılması öz faydasını vermir və ehtimal olunur ki, OPEC noyabrın sonunda yenidən hasilatın azaldılmasına əl atacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR