Bank Of Baku

Dow Jones indeksi 3,83%, S&P 500 4,17%, Nasdaq isə 5% enib

Dow Jones indeksi 3,83%, S&P 500 4,17%, Nasdaq isə 5% enib
# 17 noyabr 2008 09:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 14-də Amerika bazarlarında Dow Jones indeksi 3,83% - 8497,31 bəndədək, S&P 500 4,17% - 873,29 bəndədək, Nasdaq isə 5% - 1516,85 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, ABŞ-da mənfi makroiqtisadi göstəricilərin biri-birinin ardınca açıqlanması fond bazarında vəziyyətin yaxşılaşmasına imkan vermir. Belə ki, ötən həftə ABŞ-da istehlak bazarının azalması barədə məlumat yayılıb. Əlavə olaraq, Federal Ehtiyat Sistemi maliyyə sektorunun makroiqtisadi amillərin təzyiqi altında qalmasını bəyan edərək, kotirovkalara birbaşa təsir göstərib.
Avropa bazarlarında isə əksinə, mənfi makroiqtisadi göstəricilərə, o cümlədən əksər ölkələrdə ÜDM-in üçüncü rübdə azalmasına baxmayaraq, iri şirkətlərin müsbət korporativ xəbərləri hesabına kotirovkaların yüksəlməsi müşahidə olunub. O cümlədən, Britaniya FTSE 100 indeksi 1,53% - 4232,97 bəndədək, Fransa CAC-40-ı 0,67% - 3291,47 bəndədək, Almaniya DAX-ı isə 1,31% - 4710,24 bəndədək yüksəlib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2558 dollar (-1,49%) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR