Bank Of Baku

Dow Jones indeksi 2,6%, S&P 500 2,6%, Nasdaq isə 2,6% enib

Dow Jones indeksi 2,6%, S&P 500 2,6%, Nasdaq isə 2,6% enib
# 18 noyabr 2008 08:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 15-də Amerika bazarlarında Dow Jones indeksi 2,63% - 8273,58 bəndədək, S&P 500 2,58% - 850,75 bəndədək, Nasdaq isə 2,29% - 1482,05 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, kotirovkaların enməsinə Yaponiya iqtisadiyyatının geriləməyə daxil olması amili təsir edib. Belə ki, bu ilin III rübündə Yaponiyada ÜDM əvvəlki rüblə müqayisədə 0,1% azalıb, halbuki analitiklər onun 0,1% artacağını proqnozlaşdırırdılar. Bundan başqa, ABŞ-da iqtisadi böhran daha da kəskinləşərək artıq sosial sahələrə daxil olur. Bir sıra şirkətlərdən sonra «Citigroup» bankı bu il artıq ikinci dəfə işçilərin yeni ixtisarını açıqlayıb. Bu il artıq 23 min nəfəri işdən çıxaran bank yaxın vaxtlarda daha 50 min nəfəri işsiz qoymaq niyyətindədir.
Həmin səbəblər Avropa bazarlarında da kotirovkaları endirib. O cümlədən, Britaniya FTSE 100 indeksi 2,38% - 4132,16 bəndədək, Fransa CAC-40-ı 3,32% - 3182,03 bəndədək, Almaniya DAX-ı isə 3,25% - 4557,27 bəndədək enib. «Citigroup»un bu bəyanatından sonra Avropada bir neçə bankın səhmləri ucuzlaşıb, o cümlədən İspaniyanın «Santader» bankı (6,9%), Britaniyanın HBOS (14%) və Fransanın «BNP Paribas» bankı (8,1%) qiymətli kağızlarının dəyərində itirib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2610 dollar (+0,41%) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR