Bank Of Baku

BFB-da 10306420S seriyalı 1 835,6 min manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10306420S seriyalı 1 835,6 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 19 noyabr 2008 06:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10306420S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 3,136 mln. manat təşkil edib. Sifarişlər 95,07% (gəlirlik 10,40%) – 95,48% (gəlirlik 9.49%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti emitent tərəfindən 95,48% (gəlirlik 9,49%), orta ölçülmüş qiymət isə 95,48% (gəlirlik 9,49%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 1 835,6 min manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin mayın 19-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR