Bank Of Baku

Dow Jones indeksi 1,8%, S&P 500 1%, Nasdaq isə 0,1% yüksəlib

Dow Jones indeksi 1,8%, S&P 500 1%, Nasdaq isə 0,1% yüksəlib
# 19 noyabr 2008 07:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 18-də Amerika bazarlarında Dow Jones indeksi 1,83% - 8424,75 bəndədək, S&P 500 0,98% - 859,12 bəndədək, Nasdaq isə 0,08% - 1483,27 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, kotirovkaların bir qədər yüksəlməsi bir sıra şirkətlərin müsbət korporativ xəbərləri nəticəsində baş verib. O cümlədən, dünyada ən iri kompüter istehsalçı olan «Hewlett Packard»ın son rüb üzrə mənfəətin gözlədiyindən daha artıq olması səhmlərini 14% bahalaşdırıb. Bundan başqa, «Yahoo»nun səhmləri 8,7%, «Home Depot» şirkətinin səhmləri 3,6% bahalaşıb.
Avropa bazarlarında da korporativ xəbərlər kotirovkaları yüksəldib. O cümlədən, Britaniya FTSE 100 indeksi 1,85% - 4208,55 bəndədək, Fransa CAC-40-ı 1,11% - 3217,40 bəndədək, Almaniya DAX-ı isə 0,49% - 4579,47 bəndədək yüksəlib. Bundan əlavə, dünya bazarında neftin bahalaşması «Total»in səhmlərini 4,6%, BP-nin səhmlərini 4,1%, «Royal Dutch Shell»in səhmlərini isə 3,9% bahalaşdırıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2619 dollar (+0,07%) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR