Bank Of Baku

Dünya bazarında neftin ucuzlaşması davam edir

Dünya bazarında neftin ucuzlaşması davam edir
# 19 noyabr 2008 07:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 18-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,58 dollar və ya 1,06% azalaraq 1 barelə görə 54,39 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,47 dollar – 51,84 dollaradək enib.
Ticarət zamanı neftin qiyməti dəyişkənlik nümayiş etdirərək, yekunda kiçik azalmaya məruz qalıb. Neftin ucuzlaşmasının əsas səbəbi dünya iqtisadi böhranının yeni sahə və ölkələri əhatə etməsi ilə bağlıdır. Bu amillərin gələn ildə də neft bazarına mənfi təsirinin davam etməsi ehtimalı böyükdür. Məsələn, Qətərin neft naziri Abdulla əl Əttiyyə dünya iqtisadiyyatının enməsinin nəticəsində neftə tələbatın azalması baxımından 2009-cu ilin neft bazarı üçün çətin olacağını proqnozlaşdırır. Hazırda bazarda neftə tələbatın azalması amilinin təsiri OPEC-in qəbul etdiyi hasilat kvotalarının azaldılması amilinin təsirindən daha güclüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR