Bank Of Baku

Dünya bazarında neftin ucuzlaşması davam edir

Dünya bazarında neftin ucuzlaşması davam edir
# 20 noyabr 2008 08:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 19-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,77 dollar və ya 1,42% azalaraq 1 barelə görə 53,62 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,12 dollar – 51,72 dollaradək enib.
Neftin ucuzlaşması əsasən ABŞ-da neft və neft məhsulları ehtiyatlarının ötən həftə ərzində artması barədə ölkənin Enerji İnformasiya İdarəsinin hesabatının açıqlanması nəticəsində baş verib. Hesabatda bildirilir ki, neft ehtiyatları ötən həftə ərzində 1,6 mln. barel artaraq 313,5 mln. barelə, benzin ehtiyatları 500 min barel artaraq 198,6 mln. barelə, dizel yanacağı və mazut ehtiyatları 1,5 mln. barel azaraq 126,9 mln. barelə çatıb. Neft ehtiyatlarının artımı daha aşağı səviyyədə gözlənilirdi: neft - 800 min barel, benzin - 400 min barel, dizel yanacağı və mazut - 600 min barel.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR