Bank Of Baku

Dow Jones indeksi 5,07%, S&P 500 6,12%, Nasdaq isə 6,53% enib

Dow Jones indeksi 5,07%, S&P 500 6,12%, Nasdaq isə 6,53% enib
# 20 noyabr 2008 08:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 19-da Amerika bazarlarında Dow Jones indeksi 5,07% - 7997,28 bəndədək, S&P 500 6,12% - 806,58 bəndədək, Nasdaq isə 6,53% - 1386,42 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, ABŞ-da aparıcı indekslər 5,5-illik minimuma enib. Buna əsas səbəb Federal Ehtiyat Sisteminin 2008-2009-cu illər üzrə ölkə iqtisadiyyatının inkişafı üzrə proqnozları olub. Belə ki, FES 2008-ci ilin yekununda ÜDM-in yalnız 0,3% artacağını, 2009-cu ildə isə 0,3% azalacağını proqnozlaşdırır. Bundan başqa, ABŞ Ticarət Nazirliyinin məruzəsində ölkədə yeni tikilən evlərin sayının oktyabr ayında 4,5% azalaraq 791 minə çatması bildirilir ki, bu da həmin göstəricinin izləndiyi vaxtdan - 1959-cu ildən sonra ən minimal aylıq göstəricidir. Nəticədə, əksər şirkətlərin səhmləri ucuzlaşıb. O cümlədən, «General Motors»un səhmləri 9,7%, «Ford Motor»un səhmləri 25%, «Citigroup»un səhmləri 22,85%, «Bank of America»nın səhmləri 14%, «JPMorgan Chase & Co.»nun səhmləri 11,4%, «Exxon Mobil»in səhmləri 3,8%, «ConocoPhillips»in səhmləri 7,1% ucuzlaşıb.
Avropa bazarlarında bir sıra şirkətin istehsalatının azalması, bölmələrin bağlanması və bu kimi xəbərlər kotirovkaları endirib. Belə ki, Britaniya FTSE 100 indeksi 4,82% - 4005,68 bəndədək, Fransa CAC-40-ı 4,03% - 3087,89 bəndədək, Almaniya DAX-ı isə 4,92% - 4354,09 bəndədək enib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2511 dollar (-0,86%) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR