Bank Of Baku

Dünya bazarında neftin qiyməti 50 dollardan aşağı düşüb

Dünya bazarında neftin qiyməti 50 dollardan aşağı düşüb
# 21 noyabr 2008 07:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 20-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 4,00 dollar və ya 7,46% azalaraq 1 barelə görə 49,62 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 3,64 dollar – 48,08 dollaradək enib.
Qeyd edək ki, «Deutsche Bank»ın hesablamalarına görə, 2009-cu ilin aprel ayınadək neft 40 dollara kimi ucuzlaşacaq. Lakin bəzi ekspetlər neftin qiymətinin bu həddə daha tez çatacağını bildirirlər. Buna əsas səbəb kimi dünya iqtisadiyyatında istehsalın və nəticə etibarı ilə neftə olan tələbatın azalması göstərilir. Beynəlxalq Enerji Agentliyinin baş iqtisadçısı Feyt Bayrol tələbatın və neft layihələrinə sərmayələrin azalmasını səbəb kimi gətirərək qeyd edir ki, neft bazarında enmə tendensiyaları gələn il də davam edəcək. «Deutsche Bank»ın hesabatında isə deyilir ki, neftin qiymətini bir qədər tarazlaşdırmaq üçün OPEC gündəlik neft hasilatını 2,5 mln. barel endirməlidir, lakin təşkilat üzvlərinin bu addımı atacağına «Deutsche Bank» şübhə ilə yanaşır, çünki bu, onların gəlirlərini daha da azaldacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR