Bank Of Baku

Dünya bazarında neftin həftəlik ucuzlaşması 12,5% təşkil edib

Dünya bazarında neftin həftəlik ucuzlaşması 12,5% təşkil edib
# 24 noyabr 2008 07:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 21-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,51 dollar və ya 1,03% artaraq 1 barelə görə 49,93 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,11 dollar – 49,09 dollaradək yüksəlib.
Qeyd edək ki, noyabrın 21-də baş verən qiymət tarazlaşması ötən həftə ərzində müşahidə olunan neftin ucuzlaşmasına ciddi təsir etməyib. Ümumilikdə, ötən həftə ərzində neftin 1 barelinin qiyməti 57,04 dollardan 49,93 dollara qədər və ya 12,5% enib.
Noyabrın 21-də neftin ucuzlaşmasının dayanmasına Asiya ölkələri - Yaponiya, Çin və Sinqapurun hökumətləri tərəfindən iqtisadiyyatlarına əlavə maliyyə vəsaitlərinin yönəldilməsi barədə bəyanatları və noyabrın 29-da nəzərdə tutulan OPEC-in iclasında hasilatın azaldılması barədə qərarın qəbul edilməsi gözləntiləri təsir edib. Qeyd edək ki, OPEC noyabrın 1-dən etibarən gündəlik neft hasilatını 1,5 mln. barel azaldıb, lakin bu, neftin bahalaşmasına səbəb olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR