Bank Of Baku

Dow Jones indeksi 6,54%, S&P 500 6,33%, Nasdaq isə 5,18% yüksəlib

Dow Jones indeksi 6,54%, S&P 500 6,33%, Nasdaq isə 5,18% yüksəlib
# 24 noyabr 2008 07:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 21-də Amerika bazarlarında Dow Jones indeksi 6,54% - 8046,42 bəndədək, S&P 500 6,33% - 800,03 bəndədək, Nasdaq isə 5,18% - 1384,35 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-da aparıcı indekslərin yüksəlməsinə səbəb ABŞ-ın yeni seçilən prezidenti Barak Obamanın maliyyə naziri vəzifəsinə Nyu-Yorkun Federal Ehtiyat Bankının rəhbəri vəzifəsinə Timoti Geytnerin təyin edəcəyi barədə məlumat olub. Əlavə olaraq bazara neftin ucuzlaşmasının dayanması da müsbət təsir göstərib.
Avropa bazarlarında isə əksinə, əsas indekslərin enməsi müşahidə olunub. Belə ki, Britaniya FTSE 100 indeksi 2,43% - 3780,96 bəndədək, Fransa CAC-40-ı 3,50% - 2876,02 bəndədək, Almaniya DAX-ı isə 3,22% - 4084,35 bəndədək enib. Avropada kotirovkaların enməsinə səbəb Avropa ölkələri iqtisadiyyatının geriləməsinin dərinləşməsini sübut edən bir sıra makroiqtisadi göstəricilərin açıqlanması olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2639 dollar (+1,02%) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR