Bank Of Baku

Dünya bazarında neft kəskin bahalaşıb

Dünya bazarında neft kəskin bahalaşıb
# 25 noyabr 2008 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 24-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 4,57 dollar və ya 9,15% artaraq 1 barelə görə 54,50 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 4,74 dollar – 53,93 dollaradək yüksəlib.
Neftin bahalaşmasına dünya fond bazarlarında yüksəliş, dolların ucuzlaşması və ABŞ-ın yeni seçilmiş prezidentinin ölkə iqtisadiyyatının bərpasına yönəldilən plan hazırlaması və vaxt itirmədən onun həyata keçirilməsinə başlayacağı barədə bəyanatlar təsir edib. Həmçinin, OPEC-in neft hasilatının azaldılması ilə bağlı gözlənilən yeni qərarı baza müsbət təsir göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR