Bank Of Baku

Dow Jones indeksi 4,93%, S&P 500 6,47%, Nasdaq isə 6,34% yüksəlib

Dow Jones indeksi 4,93%, S&P 500 6,47%, Nasdaq isə 6,34% yüksəlib
# 25 noyabr 2008 07:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 24-də Amerika bazarlarında Dow Jones indeksi 4,93% - 8443,39 bəndədək, S&P 500 6,47% - 851,81 bəndədək, Nasdaq isə 6,34% - 1472,02 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, ABŞ-da aparıcı indekslərin yüksəlməsinə səbəb ABŞ hökumətinin ölkənin ikinci iri bankı olan «Citigroup»a maliyyə yardımının göstərilməsi barədə qərarı olub. Belə ki, birbaşa maliyyə vəsaitləri və zəmanət şəkildə olan yardımın ümumi həcmi 300 mlrd. dollardan artıq olacaq. Qeyd edək ki, bu xəbərdən sonra «Citigroup»un səhmləri 57,8% bahalaşıb. Bundan əlavə, ABŞ-ın yeni seçilən prezidenti Barak Obamanın maliyyə naziri vəzifəsinə Nyu-Yorkun Federal Ehtiyat Bankının rəhbəri Timoti Geytnerin təyin etməsi və ardınca iqtisadiyyatın bərpası üzrə planın həyata keçirilməsi barədə xəbərlər kotirovkalara müsbət təsir edib. O cümlədən, Obamanın iqtisadi stimullaşdırma planı federal xərclərinin artırılması və vergilərin iki il ərzində 500 mlrd. dollar həcmində azaldılmasını nəzərdə tutur.
Avropa bazarlarında da əsas indekslərin yüksəlməsi müşahidə olunub. Belə ki, Britaniya FTSE 100 indeksi 9,84% - 4152,96 bəndədək, Fransa CAC-40-ı 10,09% - 3172,11 bəndədək, Almaniya DAX-ı isə 10,34% - 4554,33 bəndədək artıb. Avropada kotirovkalarının yüksəlməsi ABŞ-dan böhrana qarşı yeni planı barədə gələn xəbərlər olub. Avropada əsasən maliyyə və enerji sektorunda fəaliyyət göstərən şirkətlərin səhmləri bahalaşıb. Belə ki, UBS-in səhmləri 21,4%, «Lloyds TSB»in 18,4%, HBOS-in 17,3%, «Barclays»ın 10%, «Deutsche Bank»ın 16% bahalaşıb. Bundan əlavə, BP, «Royal Dutch Shell», «BG Group» və «Tullow Oil» neft şirkətlərinin səhmlərinin dəyəri 7,5-14% artıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2871 dollar (+1,84%) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR