Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,7% yüksəlib, Nasdaq isə 0,5% enib

Dow Jones indeksi 0,4%, S&P 500 0,7% yüksəlib, Nasdaq isə 0,5% enib
# 26 noyabr 2008 07:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 25-də Amerika bazarlarında Dow Jones indeksi 0,43% - 8479,47 bəndədək, S&P 500 0,66% - 857,39 bəndədək yüksəlib, Nasdaq isə 0,5% - 1464,73 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, ABŞ-da aparıcı indekslərin bu cür dəyişməsi bazarda müsbət və mənfi gözləmələrin eyni dərəcədə olması ilə bağlıdır. Noyabrın 24-də indekslərin artması ABŞ-ın yeni maliyyə administrasiyası tərəfindən böhrana qarşı planın açıqlanması nəticəsində baş versə də, optimizm uzun çəkməyib. Eyni zamanda Federal Ehtiyat Sistemi müflisləşmiş ipoteka agentliklərinin birbaşa öhdəliklərinin alınması prosesinə başlaması barədə və ev təsərrüfatları və kiçik sahibkarların pula olan tələbatının təmin etməsi barədə məlumat yayıb. Bu məlumatlar bazarda olan mənfi tendensiyaları tarazlaşdırıb.
Avropa bazarlarında da əsas indekslərin oxşar səviyyədə yüksəlməsi müşahidə olunub. Belə ki, Britaniya FTSE 100 indeksi 0,44% - 4171,25 bəndədək, Fransa CAC-40-ı 1,18% - 3209,59 bəndədək, Almaniya DAX-ı isə 0,13% - 4560,42 bəndədək yüksəlib. Avropada «Credit Suisse Group»un səhmləri 11%, «Societe Generale»in səhmləri 9%, «Barclays»-ın isə 14% bahalaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3018 dollar (+1,14%) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR