Bank Of Baku

Dünya bazarında neft gözlənilmədən ucuzlaşıb

Dünya bazarında neft gözlənilmədən ucuzlaşıb
# 26 noyabr 2008 08:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 25-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 3,73 dollar və ya 6,84% azalaraq 1 barelə görə 50,77 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 3,58 dollar – 50,35 dollaradək enib.
Qeyd edək ki, neftin ucuzlaşması bir gün əvvəl 9%-lik bahalaşmadan sonra çox gözlənilməz olub, çünki noyabrın 24-də bahalaşmaya səbəb olan amillər, o cümlədən ABŞ-ın yeni administrasiyasının maliyyə kredit bazarlarında böhrana qarşı tədbirlərin görülməsi barədə məlumatlar hələ də qüvvədədir. Eyni zamanda, dolların avroya qarşı ucuzlaşması davam etməkdədir. Lakin bu amil, qəribə olsa da, neftin ucuzlaşmasına mane olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR