Bank Of Baku

BFB-da Azərbaycan Milli Bankının 30 mln. manatlıq notları yerləşdirilib

BFB-da Azərbaycan Milli Bankının 30 mln. manatlıq notları yerləşdirilib
# 26 noyabr 2008 13:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankının 50104719S seriyalı, ümumi həcmi 50 mln. manat, hərraca çıxarılan həcmi 30 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 10 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 49 840,8 min manat təşkil edib. Sifarişlər 99,34% (gəlirlik 8,54%) – 99,61% (gəlirlik 5,03%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti emitent tərəfindən 99,57% (gəlirlik 5,55%), orta ölçülmüş qiymət isə 99,58% (gəlirlik 5,42%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, 5,939 mln. manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 30 mln. manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən bu ilin dekabrın 24-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR