Bank Of Baku

Dow Jones indeksi 2,91%, S&P 500 3,52%, Nasdaq isə 4,6% yüksəlib

Dow Jones indeksi 2,91%, S&P 500 3,52%, Nasdaq isə 4,6% yüksəlib
# 27 noyabr 2008 07:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 26-da Amerika bazarlarında Dow Jones indeksi 2,91% - 8726,30 bəndədək, S&P 500 3,52% - 887,56 bəndədək, Nasdaq isə 4,6% - 1532,10 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, ABŞ-da aparıcı indekslərin artması kredit bazarında böhranın zəifləməsi əlamətləri ilə bağlıdır. Bundan başqa, Federal Ehtiyat Sistemi tərəfindən ipoteka brokerlərinin birbaşa öhdəlikləri və qiymətli kağızlarının dövlət tərəfindən alınması üçün 600 mlrd. dollarlıq proqramın açıqlanması da bazara müsbət təsir edib.
Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 0,44% - 4152,69 bəndədək, Fransa CAC-40-ı 1,24% - 3169,85 bəndədək enib, Almaniya DAX-ı isə 0,001% - 4560,50 bəndədək yüksəlib. Avropa bazarlarına Avropa Komissiyasının 200 mlrd. dollar məbləğində olan iqtisadiyyata yardım proqramının təqdim edilməsi öz müsbət təsirini göstərib. Eyni zamanda, müxtəlif mənfi korporativ xəbərlər indekslərin gözə çarpan dərəcədə yüksəlməsinə imkan verməyib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2910 dollar (-0,83%) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR